Dekret yeri | Firuz Mustafa

Heç bil­mi­rəm, söh­bə­tə ha­ra­dan baş­la­yım? Yax­şı­sı bu­dur, qoy elə əv­vəl­dən de­yim. Mə­sə­lə be­lə ol­muş­dur: təh­si­li­mi ba­şa vu­ran ili mə­ni tə­yi­nat­la uc­qar ra­yon­la­rın bi­rin­də­ki uc­qar bir kənd mək­təbi­nə gön­də­rdi­lər. Öl­kə­miz­də­ki bü­tün mək­təb­lər ki­mi, hə­min təh­sil oca­ğı da çox qa­baq­cıl bir müəs­si­sə­dir. Am­ma ora­da ix­ti­sa­sım üz­rə mə­nə iş ta­pıl­ma­dı ki, ta­pıl­ma­dı. Di­rek­tor üzü­mə ba­xıb de­di:
— Ə, ba­la, ədə­biy­yat dər­si qal­ma­yıb, bəl­kə sə­nə ta­rix ve­rək...
Mən ra­zı­laş­ma­lı ol­dum. Ça­rəm nə idi ki?
Di­rek­tor de­di:
— E-e-e… Ə, ba­la, bu­ra bax, əs­lin­də, mən­də heç ta­rix dər­si də yox­dur. Sa­də­cə ola­raq, ta­rix müəl­li­məm dek­re­tə çı­xıb, hə­lə­lik onun dərs­lə­ri­ni mü­vəq­qə­ti ve­ri­rəm sə­nə. Bir də ki, elə ta­rix də ədə­biy­yat ki­mi bir şey­dir də…
Ardı →

Səndən nigaranam | İlqar Fəhmi

Biz bu kafeni alanda Əbdül kişini də üstündə hədiyyə kimi verdilər. Havayı. Kafenin köhnə sahibi yüz qırx min manatı sayıb çantasına yığandan sonra elə bu cür də dedi:
— Əbdül kişini də havayı bağışlayıram sizə. Amma bir şərtlə ki, işdən çıxartmayasız. Ev-eşiyi yoxdu, burda yaşayır.
Niyə çıxartmalıydıq ki? Onsuz da ağaclara qulluq edən adam tapmalıydım. Hazır var da.
Şəxsən mənim alverdən başım çıxmır. Tələbə adamam, ömrü boyu da atamın əlinə baxmışam və düzünə qalsa, texnikumu qurtaranacan da onun əlinə baxmaq fikrim vardı. Niyə də yox? Kişi neçə illərdi Bakıyla Moskva arasında güclü işlər fırladır, bir gün burdadı, üç gün Rusiyada. Deyəsən nəsə elektrik avadanlığının alveri ilə məşğuldular. Burdan Rusiyaya, ordan Qazaxıstana, nə bilim Sibirə. Dəqiq bilmirəm. Heç vaxt maraqlanmamışam.
Davamı →

Gül ömrü | Fidan Nizaməddinqızı

O, özünə məxsus tərzdə, yavaş-yavaş tərpənirdi. Hərdən bədənindən çox da fərqlənməyən boynunu uzadıb, minnətli — minnətli mənə baxırdı. Elə mən də ondan geri qalmırdım, onu kinayəli şəkildə süzürdüm. Sonra yenə də çalışırdım diqqətimi güzgüyə cəmləyim. Amma əlim də, diqqətim kimi tez — tez yayınırdı.
Adətimdir — gecələr kəlmeyi-şəhadətimi dediyim kimi, səhərlər də, özümə səbr arzulayırdım. Çünki, gözümü açıb ilk rastlaşdığım mənzərə heç də ürək açan olmur. Yuxudan həmişə yorğun ayılıram. Elə bil bütün gecəni ölü kimi yatan mən deyiləm. Hər gecə işıqları söndürüb, yerimə girən kimi, bu lənətə gəlmış qatarların səsi dolur beynimə. Mən biləni, bu yaxınlarda stansiya yoxdur.


Ardı →

Üç dostun tualeti | Murad Köhnəqala

Üç dost idilər, çayxanada oturub çay içirdilər. Bu yaxınların söhbətidi. Bunu niyə xüsusi qeyd elədim? Yəni payızdı, soyuq vaxtdı. Soyuqda çayı limonla içəndə tez-tez tualetə qaçmalı olursan. Çünki, limon sidikqovucudu, bilməyənlər bunu da bilsin. Hə, gəlmişdən-getmişdən söhbət eləyirdilər. Özü də görüşəndə üçü də bir-biriynən öpüşmüşdü. Qabaqca deyib-güldülər. Nə haqda danışdılar, bilirsənmi? Kənddə olan əhvalatdan.

Saleh bir gün arvadıynan dalaşır. Arada arvadı ona deyir, səni mən kişi eləmişəm. Kənd yeridi dəə, bu da içən adam, dəli olur. Deyir, aaz, sən məni nətəri kişi eləyibsən? Arvad da qayıdır ki, sənə ərə gələndə evin bomboş idi, cehiz gətirmişəm, evini doldurmuşam. Saleh ürəyində deyir, yaxşı, məni kişi elədiyini sənə göstərərəm. Qəsdən özünü mübahisədə uduzmuş kimi göstərib arlaşır. Axşamüstü baxır ki, fürsətdi, evdə heç kim yoxdu. Arvadın fəxrlə onun başına qaxdığı bər-bərxananı, paltar şkafını-zadı sürüyüb çölə çıxardır, üst-üstə yığıb üstünə nöyüt tökür, altınnan da bir spişqa! Alov göyə qalxır, kəndin uşaqları ora toplaşır, ayə gəlin, Saleh əmi ocaq qalayıb! Görənlər deyir, qalın yun döşək yaxşı yanmırmış, Saleh gedib evdən yaba gətirir, yaba ilə döşəyi qaldırıb o üz-bu üzə çevirirmiş ki, yaxşı yansın…
Ardı →

Buddanın qayıdışı | Vahid Məmmədli

Kapitan Məsud İbrahimzadə iş otağındakı divardan asılmış Tac-Mahal sarayının rəngli reproduksiyasına baxdı. Yenə də xəyal onu o uzaq illərə  çəkib apardı…

Camna çayının sahili. Hindistanın mirvarisi, yetmiş dörd metrlik bir möcüzə, Tac-Mahal sarayı. Ağ mərmərdən işlənilmiş dörd kiçik və bir nəhəng kümbəz mavi səmanın fonunda daha da bəyaz görünür. Dünyanın hər yerindən milyonlarla insan bu möcüzəni öz gözləri ilə görmək üçün Hindistana axışır…

Bələdçi-gid qız   gözəl çöhrəsinə qonmuş təbəssümlə sarayın qarşısına toplaşmış turistlərə Tac-Mahalın tarixçəsini danışırdı…
… Bu saray təkcə memarlıq abidəsi kimi deyil, min bir gecə nağıllarına bənzər məhəbbət hekayəti ilə də ürəkləri riqqətə gətirir.
XVII əsrdə yaşamış Cahan Şah on doqquz yaşı təzəcə tamam olmuş dünya gözəli Mumtaz Mahal ilə evlənir.
Davamı →